Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp oktyabr ayında keçirdiyi maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsinin nəticələrini ictimailəşdirəcəyini bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Əgər bunun dərc olunmağını istəyirsinizsə, mən bunu dərc edərəm”,- deyə o bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, müayinənin nəticələri ideal olub.
“Bu, sadəcə MRT idi. Bədənimin hansı hissəsi? Bu beyin deyildi, çünki mən idrak qabiliyyəti testindən keçmişəm və onu "əla" nəticə ilə yerinə yetirmişəm”, - deyə amerikalı lider əlavə edib.
