...

Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 1 Dekabr 2025 14:35 (UTC +04:00)
Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.

Trend xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, noyabrın 29-da DTX tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparılıb.

Belə ki, Əli Kərimlinin evində axtarış aparılması Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti