Bakı. Trend:
Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.
"Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşdük. Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzularını müzakirə etdik. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi apardıq. Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərimizi bölüşdük", - paylaşımda qeyd edilib.
