Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp cinayət törətməkdə ittiham olunan miqrantlar Amerika vətəndaşlığından məhrum edilə biləcəyi ilə hədələyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin rəhbəri Floridadan Vaşinqtona yollanarkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib.
“Əgər cinayətkarlar ölkəmizə gəlib vətəndaşlığı Baydenin dövründə və ya onların nə ilə məşğul olduqlarını bilməyən başqa birisinin vaxtında əldə ediblərsə, imkanım olsaydı, mən onları mütləq şəkildə vətəndaşlıqdan məhrum edərdim”, – deyə Tramp bildirib.
Qeyd edilir ki, 28 noyabrda ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) əcnəbilərin sığınacaq verilməsi ilə bağlı ərizələrinin baxılması üzrə bütün prosedurları dayandırıb. Həmin gün ABŞ hakimiyyəti həmçinin Əfqanıstan vətəndaşlarına viza verilməsini dayandırmaq barədə qərar qəbul edib. Bundan əvvəl Tramp administrasiyasının ölkəyə gələn sığınacaq axtaran şəxsləri deportasiya etməyi və üçüncü dünya ölkələrindən immiqrasiyanı müddətsiz dayandırmağı planlaşdırdığını bildirmişdi.
