Bakı.Trend:
Bakı şəhərinin Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonu və Xırdalan şəhərinə suyun ünvanlar üzrə verilməsi əvvəlki rejim üzrə həyata keçirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA-dan bildirilib.
Qeyd edilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Bakı şəhərinin Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonu və Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilməsi səbəbindən suyun verilişində yaranan fasilələrlə bağlı işlər deyilən tarixdə yekunlaşdırılıb.
"Həmin ərazilər üzrə suyun ünvanlar üzrə verilməsi əvvəlki rejim üzrə həyata keçirilir",- deyə quurmdan əlavə edilib.
