Bakı. Trend:
"Fənərbaxça" Anderson Talişka ilə bağlı qərar verib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul klubu 31 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Braziliyalı isə "Fənərbaxça"ya konkret cavab verməyib. Onun Türkiyə təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.
“Bahiya”, “Benfika”, “Beşiktaş”, “Benfika”, “Quanqjou Everqrand”, “Əl-Nəsr” klublarında çıxış etmiş Talışka bu ildən “Fənərbaxça”nın formasını geyinəcək.