...

Masazırda qadının pul kisəsi oğurlanıb

Hadisə Materials 1 Dekabr 2025 14:28 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron rayonunda soyğunçuluq hadisəsi olub.

Trend-in məlumatına görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs Masazır qəsəbəsi ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 1800 manat olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qarayevi müəyyən edərək saxlayıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Xırdalan şəhər sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, keçmişdə də məhkum edilmiş 35 yaşlı R.Abbasov da tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti