...

Quba polisi fiziki qüsurlu şəxsin yaxınlarını axtarır (FOTO)

Hadisə Materials 9 Avqust 2019 11:46 (UTC +04:00)
Quba RPŞ-nin PPXB-ün əməkdaşları gecə saatlarında rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir nəfər şəxsin olduğunu görərək dərhal ona yaxınlaşıblar.
Quba polisi fiziki qüsurlu şəxsin yaxınlarını axtarır (FOTO)

Bakı. Trend:

Quba RPŞ-nin PPXB-ün əməkdaşları gecə saatlarında rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir nəfər şəxsin olduğunu görərək dərhal ona yaxınlaşıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsin üzərində heç bir sənədin olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hal-hazırda həmin şəxsin yaxınları axtarılır.

Tapılan şəxsin əlamətləri belədir: Boyu 175 sm., arıq bədən quruluşlu, qısa saçlı, gözlərinin rəngi yaşıldır. Nitq qüsurludur, özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində qara köynək, tünd göy şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti