Bakı. Trend:
Cəlilabadda yanğın qeydə alınıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonu Ələt-Astara yolunun 97-ci kilometrliyində “MAN" markalı yük avtomobilinin banı 6 m² sahədə yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.