Bakı. Trend:
Qazaxda torpaq uçqunu olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Qarapapaq kəndində kanalizasiya xətlərinin çəkilişi zamanı 1 nəfər torpaq qatının altında qalıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1982-ci il təvəllüdlü Qocayev Gündüz Məşədi oğlunun meyiti torpaq altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.