...

Bakıda avtobusda qadını qarət edən keçmiş məhkum ələ keçdi

Hadisə Materials 4 Oktyabr 2019 19:59 (UTC +04:00)
Bakıda qadını qarət edən şəxs yaxalanıb. Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Bakıda avtobusda qadını qarət edən keçmiş məhkum ələ keçdi

Bakı. Samir Əli - Trend:

Bakıda qadını qarət edən şəxs yaxalanıb. Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Bakı şəhər sakini İsmayılova Aytac Firuz qızı polisə müraciət edərək bildirib ki, rayonun 4-cü mikrorayon, 20 yanvar küçəsindəki avtobus dayanacağında 135 saylı marşrut avtobusundan düşərkən naməlum şəxs onun içərinsində 200 dollar və 1 manat olan pulqabını əlindən alaraq qaçıb. Qadın oğrunun arxasınca qaçaraq onu yaxalamaq istəyəndə həmin şəxs pulqabını yerə atıb qaçıb.

Qadının müraciəti əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Əhmədli Ceyhun Xoşbəxt oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti