...

İmişlidə ağır qəzada bir nəfər öldü

Hadisə Materials 15 Oktyabr 2019 14:14 (UTC +04:00)
İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İmişlidə ağır qəzada bir nəfər öldü

Bakı. Trend:

İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də saat 9 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi “VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobilləri toqquşub.

Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti