...

Şəkidə 68 yaşlı kişinin hamamda meyiti tapıldı

Hadisə Materials 28 Oktyabr 2019 16:12 (UTC +04:00)
Şəki sakini hamam otağında ürək tutmasından ölüb.
Şəkidə 68 yaşlı kişinin hamamda meyiti tapıldı

Bakı. Samir Əli - Trend:

Şəki sakini hamam otağında ürək tutmasından ölüb.

Trend-in məlumatına görə, hadisə Şəki şəhəri, M.F.Axundov küçəsi, 143 saylı evdə baş verib.

Həmin evdə yaşayan, 1951-ci il təvəllüdlü Ələkbərov Rasim Məmmədəli oğlu yaşadığı evin hamam otağında qəfil infarkt keçirib. Mərhumun meyitini həyat yoldaşı aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti