...

Bakıda iki maşın toqquşdu - 38 yaşlı qadın xəstəxanalıq oldu

Hadisə Materials 14 Noyabr 2019 13:40 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.
Bakıda iki maşın toqquşdu - 38 yaşlı qadın xəstəxanalıq oldu

Bakı. Ceyhun Ələkbərov - Trend

Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər qadın xəsarət alıb. O təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralanan şəxs 1981-ci il təvəllüdlü Ağayeva Səbinə Oqtay qızıdır. Ona diz və çiyinin əzilməsi diaqnozu qoyulub.

Qadın həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti