Xəzərdə estakada yaxınlığında batan şəxsin axtarışları aparılır

Hadisə Xəbər 18 Noyabr 2019 14:58 (UTC +04:00)

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti