...

Bakıda avtomobil təmiri sexi yanıb

Hadisə Materials 28 Noyabr 2019 02:55 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü 10 m² sahədə yanıb.

Fözqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi və içərisində olan avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti