Bakı. Trend:
HƏMAS hərəkatı vasitəçilərə Qəzza zolağında İsrailin nəzarəti altında olan ərazilərdən öz qüvvələrini çıxarmağa hazır olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi İsmayıl Radvan “Al Jazeera” telekanalına açıqlama verib.
“Biz vasitəçilərə ‘sarı zona’ adlandırılan bölgələrdən döyüşçülərimizi çıxarmağa hazır olduğumuzu çatdırmışıq,” – deyə Radvan qeyd edib.