Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp varlılar istisna olmaqla, bütün amerikalılara idxal tariflərindən toplanan vəsaitlərdən istifadə etməklə 2000 dollardan çox pul ödəməyə söz verib.
Trend xəbər verir ki, Tramp bu barədə "Truth Social"da yazıb.
"Biz indi dünyanın ən varlı və ən hörmətli ölkəsiyik, inflyasiya sıfıra yaxındır və fond bazarında rekord qiymətlər var", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin idxal tariflərinin 37 trilyon dollarlıq milli borcun ödənilməsinə kömək edəcəyini vurğulayıb.