...

"Kəpəz" klubu Vitor Feijao ilə yollarını ayırdı

İdman Materials 10 Noyabr 2025 02:27 (UTC +04:00)
"Kəpəz" klubu Vitor Feijao ilə yollarını ayırdı

Bakı. Trend:

"Kəpəz" klubu komandanın braziliyalı futbolçusu Vitor Feijao ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Trend xəbər verir ki, klub Feijaoya burada keçirdiyi müddət ərzində göstərdiyi xidmətlərə görə təşəkkür edib və futbolçuya növbəti karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün əvvəlində komandaya cəlb olunmuşdu. Feijao bu müddətdə 9 çempionat oyununda 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti