...

Balakəndə 4 otaqlı ev yanıb

Hadisə Materials 9 Dekabr 2019 17:34 (UTC +04:00)

Bakı. Trend:

Balakəndə 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Talalar kəndində ümumi sahəsi 150 m² olan 4 otaqlı evin yanar konstruksiyaları 115 m² sahədə və dam örtüyü 135 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti