Bakı. Trend:
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol boşluqlarında 1 ədəd "iPhone XS Cold 64 GB", 1 ədəd "iPhone XS Space Gray 64 GB", 1 ədəd "iPhone 11 Purple 64 GB", 4 ədəd "iPhone 11 Pro Max Midnight Green 256 GB" və 1 ədəd "iPhone 11 Pro Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.