...

Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü

Hadisə Materials 24 Fevral 2020 16:20 (UTC +04:00)

Bakı. Trend:

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-də saat 13 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Mahmudlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şərqiyə Əliyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti