...

Beyləqanda "Opel" kanala aşdı, ölən və yaralananlar var

Hadisə Materials 13 Mart 2020 09:08 (UTC +04:00)
Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Beyləqanda "Opel" kanala aşdı, ölən və yaralananlar var

Bak. Samir Əli - Trend:

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Seyidəliyev Qafar Səməd oğlu idarə etdiyi "Opel Astra" markalı 10 SD 632 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yolun kənarındakı kanala aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, 1973-cü il təvəllüdlü Əliyeva Güləndam Bilal qızı hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər 1970-ci il təvəllüdlü Mehdiyev Elmidar Əziz oğlu və 1965-ci il təvəllüdlü Əliyeva Qəmər Bilal qızı müxtərif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti