...

Bakıda klinikadan oğurluq olub

Hadisə Materials 16 Aprel 2020 13:13 (UTC +04:00)
Bakıda klinikadan oğurluq olub

Bakı. Trend:

Bakıda klinikada oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun digər bir nəfərlə birgə rayon ərazisindəki kofe klubundan 8 000 manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti