...

Abşeronda 52 yaşlı kişi meyiti tapıldı, prokurorluq araşdırmaya başladı

Hadisə Materials 21 Aprel 2020 09:52 (UTC +04:00)
Abşeron rayonunda evdə meyit tapılıb.
Abşeronda 52 yaşlı kişi meyiti tapıldı, prokurorluq araşdırmaya başladı

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda evdə meyit tapılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsi, Afiq Abdullayev küçəsi nömrəsiz evdə baş verib. Həmin evdə yaşayan 1968-ci il təvəllüdlü Əsədullayev Səməd Yəhya oğlunun meyiti aşkar edilib.

Belə ki, meyiti evdəki otaqların birindən onun oğlu Əliağa Əsədullayev tapıb.

S.Əsədullayevin hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti