Bakı. Ceyhun Ələkbərov - Trend:
Yasamal rayonunda, Elmlər Akademiyası metrostansiyasının yaxınlığında binaya birləşik havalandırma sistemində yanğın başlayıb.
Trend-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.