...

Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu

Hadisə Materials 1 Dekabr 2020 13:00 (UTC +04:00)
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, Gəncədə Xalça Kombinatının yataqxanasında həyat yoldaşını bıçaqlayan 1956-cı il təvəllüdlü Həsənov İlham Müzəffər oğlunun barəsində olan cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Xəqani Səmədovun sədrliyi ilə baxılacaq. Prosesin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

Xatırladaq ki, hadisə avqustun 3-də Gəncə şəhərində yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb. 1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə bamayaraq qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Müəyyən edilib ki, 1956-cı il təvəllüdlü Həsənov İlham Müzəffər oğlu yaşadığı yataqxanada həyat yoldaşı Z. İbrahimovanın başına şüşə qabla vurduqdan sonra onu bıçaqlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2. 2-ci(xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti