...

Bakıda sex yanıb

Hadisə Materials 4 Dekabr 2020 03:02 (UTC +04:00)
Bakıda sex yanıb

Bakı. Trend:

Bakıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 20 m² olan sexin yanar konstruksiyaları və içərisində 2 ədəd dəzgah yanıb. Yüksək temperaturdan ümumi sahəsi 103 m² olan birmərtəbəli evin şiferdən ibarət dam örtüyü 3 m² sahədə dağılıb. Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti