...

İsmayıllıda koronavirus xəstəsi ictimai məkanda saxlanılıb

Hadisə Materials 6 Yanvar 2021 16:18 (UTC +04:00)
İsmayıllıda koronavirus xəstəsi ictimai məkanda saxlanılıb

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Diyallı kənd sakini Q.Rəhmanlının infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, COVID-19 virusuna yoluxduğu üçün evdə müalicəyə cəlb edilməsinə, sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai məkanda hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Q.Rəhmanlı barəsində İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti