...

Göyçayda fəhlə işlədiyi obyektdə yıxıldı

Hadisə Materials 14 Yanvar 2021 12:05 (UTC +04:00)
Göyçayda fəhlə işlədiyi obyektdə yıxıldı

Bakı. Samir Əli - Trend:

Göyçayda tikintidə bədbəxt hadisə baş verib.

Göyçay rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 13-də saat 11 radələrində baş verib.

Göyçay rayon sakini, 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti