...

Cəlilabadda karantin qaydalarını pozan 1244 nəfər cərimələnib

Hadisə Materials 14 Yanvar 2021 12:44 (UTC +04:00)
Cəlilabadda karantin qaydalarını pozan 1244 nəfər cərimələnib

Bakı. Samir Əli - Trend:

Ötən il Cəlilabad rayonunda karantin rejimi qaydalarını pozan 1244 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

Trend-in məlumatına görə, bunu Cəlilabad rayon polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev deyib.

Polis rəisi bildirib ki, şəxsi heyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərin nəticəsi olaraq ötən il ərzində rayon ərazisində baş vermiş cinayətlərin 94,3 faizinin açılması təmin edilib: "İl ərzində 136 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. İctimai asayişin və ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə işində bir sıra nailiyyətlər əldə olunub, koronavirus pandemiyasının qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin qəbul etdiyi qərarların tətbiqi və icrasına nəzarət işi həyata keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti