...

Sabunçuda evdə yanğın olub

Hadisə Materials 30 Yanvar 2021 09:02 (UTC +04:00)
Sabunçuda evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti