...

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Hadisə Materials 6 Mart 2021 11:16 (UTC +04:00)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti