...

Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)

Hadisə Materials 12 May 2021 15:32 (UTC +04:00)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Lənkəranda rayonunda evdən 3 kiloqramdan artıq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti