...

Bakıda qadını videogörüntü ilə şantaj edən şəxs yaxalandı

Hadisə Materials 18 İyun 2021 12:46 (UTC +04:00)
Bakıda qadını videogörüntü ilə şantaj edən şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda qadını şantaj edən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, Xəzər RPİ-yə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart - aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti