...

Bakıda baş verən yanğın zamanı təbiətə 2 880 manat ziyan dəyib - ETSN

Hadisə Materials 9 İyul 2021 17:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı sözügedən ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2 880 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti