...

Şəmkirdə su kanalında batan şəxsin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 İyul 2021 20:08 (UTC +04:00)
Şəmkirdə su kanalında batan şəxsin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, K.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

XXX

19:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mahmudlu kəndində 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun su kanalında batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti