...

Televiziya əməkdaşı kimi vətəndaşlardan pul tələb edən şəxs barədə araşdırma aparılır (VİDEO)

Hadisə Materials 1 Sentyabr 2021 19:05 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti