...

Bakıda Qanlıgöl ətrafında insan sümükləri tapıldı

Hadisə Materials 15 Sentyabr 2021 23:24 (UTC +04:00)
Bakıda Qanlıgöl ətrafında insan sümükləri tapıldı

Bakı. Samir Əli - Trend:

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bunu Trend-ə açıqlamasında Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilmiş, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti