Bakı. Trend:
Yaponiyanın Ivate əyalətində güclü zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Meteorologiya agentliyi xəbər yayıb.
Zəlzələ yerli vaxtla gecə saat 02.46-da baş verib, ocağı 50 km dərinlikdə olub.
Qed edək ki, Yaponiyada seysmoloji intensivliyin ölçü göstəricisi maksimum 7 baldır.
Dağıntı və tələfatlar barədə məlumat verilməyib.