...

Goranboyda karantini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub (FOTO)

Hadisə Materials 27 Oktyabr 2021 11:54 (UTC +04:00)
Goranboyda karantini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Goranboyda karantin rejimini pozan kafe sahibləri məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Dəliməmmədli şəhərində və Balakürd kəndində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyek sahibləri və müştərilər qanunla müəyyən edilmiş qaydada saxlanılaraq Polis Şöbəsinə gətiriliblər və barələrində qanunamüvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti