...

Metronun "28 May" stansiyasında qatarlar niyə dayanıb? - AÇIQLAMA

Hadisə Materials 30 Oktyabr 2021 14:46 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda qatarların hərəkətində yaranan problemin səbəbləri bəlli olub.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, "28 May" stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik dayandırılıb və bu səbəbdən "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub. Başlıca prinsip sərnişinlərin təhlükəsizliyini təmin etməklə zəruri tədbirləri həyata keçirməkdir. Hər hansı təhlükə yoxdur. Hazırda məsələ araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti