...

Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı

Hadisə Materials 27 Noyabr 2021 11:44 (UTC +04:00)
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Şamaxıda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti