Bakı. Samir Əli - Trend:
İsmayıllı rayonunda su quyusunun uçması faciə ilə nəticələnib.
İsmayıllı rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Zərgəran kəndində baş verib.
Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü İbadov Mehdiqulu Buxar oğlu kənd ərazisindəki həyətyanı sahəsində qazılmış su quyusunda təmir işləri gördürərkən quyu uçub.
Hadisə nəticəsində quyuda təmir işləri aparan, İsmayıllı rayonunun Təzəkənd kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu uçqun altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.