...

Lənkəran sakinləri silahla saxlanılıb

Hadisə 18 Yanvar 2022 17:12 (UTC +04:00)
Lənkəran sakinləri silahla saxlanılıb

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Quliyev, E.Mirzəyev, Z.Fərəcov və T.Cabbarovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti