...

Qaxda cüyür ovlayan şəxs saxlanılıb (FOTO)

Hadisə 21 Yanvar 2022 12:08 (UTC +04:00)
Qaxda cüyür ovlayan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları meşə istiqamətindən gələn “Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilmiş bir baş cüyür heyvanının kəlləsi və ayaqları, ov əti, eləcə də “İJ” markalı tüfəng aşkar edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti