...

Həmyerlisini qəsdən öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 3 Fevral 2022 14:03 (UTC +04:00)
Həmyerlisini qəsdən öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. Samir Əli - Trend:

2021-ci il noyabrın 23-də Salyan rayon sakini Səbuhi Qasımovun öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Trend-in məlumatına görə, aparılmış istintaqla, zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı əvvəlcədən özü ilə gətirdiyi bıçaqla Səbuhi Qasımovun ölümünə səbəb olan müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Nəzirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti