...

Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Hadisə Materials 23 Fevral 2022 14:49 (UTC +04:00)
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Trend xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Malik Qafarov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti