...

Polis metroda dilənçilərə qarşı əməliyyat keçirdi, 16 nəfər saxlanıldı

Hadisə Materials 9 Mart 2022 12:24 (UTC +04:00)
Polis metroda dilənçilərə qarşı əməliyyat keçirdi, 16 nəfər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Metropolitenində Polis Şöbəsi Bakı metropoliteninin stansiyalarında dilənçilərə qarşı əməliyyat keçirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 3-ü kişi, 7-si qadın və 6-sı azyaşlı olub. Həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti