...

İsmayıllıda yol polisinin keçirdiyi reyddə 23 sürücü cərimələnib (FOTO)

Hadisə Materials 13 Mart 2022 20:10 (UTC +04:00)
İsmayıllıda yol polisinin keçirdiyi reyddə 23 sürücü cərimələnib (FOTO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı dayanma-durma qaydalarını pozan 23 sürücü barəsində inzibati protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, dayanma-durmanın qadağan edildiyi yollarda nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparıldıqdan sonra barələrində inizbati tənbeh tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti